Türkiyənin “Alanyaspor” futbol klubunun hücumçusu yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub
İstanbul, 29 aprel, AZƏRTAC
İçərisində Türkiyənin “Alanyaspor” futbol klubunun üzvlərinin olduğu mikroavtobusun aşması nəticəsində xəsarət alan idmançılardan çexiyalı Yozef Sural ölüb.
AZƏRTAC xəbər verir ki, hadisə Türkiyə Superliqasının 30-cu turunda “Kayserispor” ilə səfər qarşılaşmasından sonra Alanyaya qayıdan idmançıların olduğu mikroavtobusun aşması nəticəsində baş verib. Qəza zamanı mikroavtobusda futbolçulardan Steven Caulker, Dyama Kampos, Bayano, Papis Sisse, Velinton və İsaak Sakey də olublar. Xəsarət alanlar dərhal xəstəxanaya yerləşdirilsə də, həkimlər Y.Suralın həyatını xilas edə bilməyiblər.
“Alanyaspor” klubunun prezidenti Həsən Çavuşoğlunun verdiyi məlumata görə, qəzaya sürücünün sükan arxasında yuxulaması səbəb olub.
Faktla bağlı araşdırmalar aparılır.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [15:34]
"Turan Tovuz"un legioner futbolçusunun zədəsi ciddi deyil
- 13.10.2026 [13:41]
Formula 1 yarışları yenidən Afrika qitəsinə qayıdır
- 13.10.2026 [13:27]
UEFA-dan Əliyar Ağayeva növbəti təyinat
- 13.10.2026 [13:23]
Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur
- 13.10.2026 [13:11]