Türkiyənin altı vilayətində yanğınlarla mübarizə davam edir
İstanbul, 17 avqust, Günel Karatepe, AZƏRTAC
Türkiyənin Manisa, Bolu, İzmir, Aydın, Karabük və Muğla vilayətlərində meşə yanğınları ilə mübarizə davam edir.
AZƏRTAC xəbər verir ki, yanğınlarla mübarizəyə ümumilikdə 39 helikopter, 10 təyyarə, 458 texnika və iki min nəfərlik canlı qüvvə cəlb edilib. Alovlarla mübarizəyə dəstək məqsədilə Türkiyənin Milli Müdafiə Nazirliyi tərəfindən bölgəyə ölkənin Hərbi Hava Qüvvələrinə məxsus 13 helikopter göndərib.
Ötən iki gün ərzində Türkiyədə 69 yanğın nəzarət altına alınıb. Bu yanğınlar nəticəsində təxminən 1600 hektar əraziyə zərər dəyib. Yanğın meşə sahələri ilə yanaşı, parklara, bağçalara, zeytun bağlarına, sənaye sahələrinə, evlərə və iş yerlərinə də ciddi ziyan vurub.
Türkiyənin Hidrometeorologiya Baş İdarəsindən verilən məlumata əsasən, bu gün yanğın bölgəsində havanın temperaturu 36 dərəcəyədək yüksələcək. Bölgədə küləyin sürətinin saatda 45-55 kilometr, rütubətin isə 25-34 faiz olması gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [11:45]
Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək
- 15.10.2026 [11:31]
Qazaxıstanda “New Silk Way” beynəlxalq nəqliyyat-logistika forumu keçirilir
- 15.10.2026 [11:23]
Qara dənizdə tankerdə baş verən yanğın nəticəsində 8 nəfər itkin düşüb
- 15.10.2026 [11:18]
Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb
- 15.10.2026 [11:08]
Pakistanda məktəbin damının çökməsi nəticəsində 19 nəfər həlak olub
- 15.10.2026 [10:55]
Yenilənməyəcəyi təqdirdə Luvr muzeyi bağlanmaq təhlükəsi ilə üzləşə bilər
Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi
- 14.10.2026 [23:55]
Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir
- 14.10.2026 [22:48]
Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub
- 14.10.2026 [22:42]
Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə
- 14.10.2026 [22:04]
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO
- 14.10.2026 [22:02]
Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər
- 14.10.2026 [21:48]