TÜRKİYƏNİN ƏRZURUM VİLAYƏTİNDƏ YENİDƏN ZƏLZƏLƏ BAŞ VERMİŞDİR
vilayətində yenidən zəlzələ baş vermişdir. Atatürk Universiteti
seysmologiya mərkəzinin məlumatına görə zəlzələnin episentri Ərzurum
vilayətinin Aşqala rayonundadır. Burada onun gücü Rixter cədvəli üzrə 5,3 balldır.
Ərzurumun valisi Mustafa Malay zəlzələ nəticəsində 10 kəndin tamamilə dağıldığını bildirmişdir. Martın 25-də zəlzələdən zərərçəkən bəzi
evlər də yeni təbii fəlakət nəticəsində yerlə yeksan olmuşdur. Martın 28-də
zəlzələ zamanı 12 nəfər yaralanmışdır. Həlak olanlar haqqında məlumat yoxdur. Seysmoloqlar bölgədə yeni güclü yeraltı təkanların təkrar ola biləcəyini ehtimal edirlər.