TÜRKİYƏNİN ƏRZURUM VİLAYƏTİNDƏ YENİDƏN ZƏLZƏLƏ BAŞ VERMİŞDİR
Ərzurum valisi Mustafa Malay zəlzələ nəticəsində 10 kəndin tamamilə dağıldığını bildirmişdir. Martın 25-də zəlzələdən zərərçəkən bəzi
evlər də yeni təbii fəlakət nəticəsində yerlə yeksan olmuşdur. Martın 28-də
zəlzələ zamanı 12 nəfər yaralanmışdır. Həlak olanlar haqqında məlumat yoxdur. Seysmoloqlar bölgədə yeni güclü yeraltı təkanların təkrar oluna biləcəyini ehtimal edirlər.