Türkiyənin illik ixrac həcmi rekord səviyyəyə çatıb
Ankara, 2 iyul, AZƏRTAC
Bu ilin iyun ayının sonuna olan məlumata görə, Türkiyənin illik ixrac həcmi 267 milyard dollara çatıb ki, bu da cümhuriyyət tarixində rekord göstəricidir.
AZƏRTAC xəbər verir ki, bu barədə çərşənbə günü, iyulun 2-də İstanbulda keçirilən mətbuat konfransında Türkiyənin ticarət naziri Ömer Bolat məlumat verib.
Bu ilin iyun ayında Türkiyə ixracının həcmi 20,5 milyard dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə səkkiz faiz çoxdur.
Eyni zamanda, xaricə mal və xidmətlərin təklifində ümumi artım tendensiyası qeydə alınır.
Nazir ümidvar olduğunu bildirib ki, ilin sonuna qədər ölkənin illik ixrac həcmi 270 milyard dollar təşkil edəcək. O əlavə edib: “Məqsədimiz xarici ticarət kəsirini mümkün qədər azaltmaqdır”.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:10]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]