Türkiyənin qadın voleybolçuları yarımfinala vəsiqə uğrunda Rusiya yığması ilə qarşılaşırlar
Bakı, 29 sentyabr, AZƏRTAC
Sentyabrın 29-da Bakıda, Milli Gimnastika Arenasında qadınlar arasında Avropa çempionatının dörddəbir final mərhələsinin sonuncu görüşü başlayıb.
AZƏRTAC xəbər verir ki, yarımfinala vəsiqə uğrunda Türkiyə və Rusiya milli komandaları mübarizə aparırlar.
Bu oyunun qalibi yarımfinalda çempionatın favoritlərindən sayılan Serbiya kollektivinin rəqibi olacaq.
Qeyd edək ki, Türkiyə və Rusiya milliləri “C” qrupunda üz-üzə gəliblər. Həmin görüşdə rusiyalılar 3:1 hesabı ilə qalib gəliblər.