İDMAN
Türkiyənin tanınmış futbol mütəxəssisləri Azərbaycana gəliblər




Bakı, 17 yanvar, AZƏRTAC
Türkiyə millisinin sabiq üzvü, məşqçi Fatih Tekke, tanınmış mütəxəssis, Türkiyənin U-21 millisinin keçmiş baş məşqçisi Tolunay Kafkas və qapıçı-məşqçisi Metin Aktaş Azərbaycanda səfərdədir.
AFFA-nın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, onlar Bakıda olduqları müddətdə “Liv Bona Dea Arena” və Milli Komandaların Təlim-Məşq Mərkəzində olublar.
Qonaqlara Təlim-Məşq Mərkəzində yaradılmış şərait barədə məlumat verilib.