TÜRKMƏNİSTANIN HƏR VİLAYƏTİNDƏ TEATR BİNASI TİKİLƏCƏK
AZƏRTAC-ın Aşqabaddan aldığı xəbərə görə, Türkmənistan Prezidenti Saparmurad Niyazov paytaxtda XVIII əsrin məşhur türkmən şair-filosofu Məxtumqulu adına Milli Musiqili Dram Teatrının açılışında bildirmişdir ki, ölkənin hər vilayətində yeni teatr binası tikiləcəkdir. O demişdir:”Dövlət ülvi bəşəri hisslər tərbiyələndirən teatrı ilhamlı sənət kimi daim dəstəkləyəcəkdir”.
Layihə dəyəri 17 milyon dollar olan yeni teatr binası paytaxtın mərkəzində ucaldılmışdır. Prezident teatrın yaradıcı kollektivinə 100 min dollar “xərclik” ayırmışdır. Ölkənin paytaxtında daha bir iri teatr - XIX əsr şairi Mollanepes adına teatr tikilir. Bundan əlavə, Aşqabadda tezliklə kukla teatrı üçün yeni binanın tikintisinə başlanacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [22:14]
Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib
- 12.06.2026 [16:29]
Gürcüstandakı Azərbaycan teatrı ötən il 10 tamaşa hazırlayıb
- 12.06.2026 [16:03]
Ştutqartda Müstəqillik və Milli Qurtuluş günləri qeyd olunub
- 12.06.2026 [14:34]