TÜRKMƏNİSTANIN PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB SAPARMURAD NİYAZOVA
Türkmənistanın milli bayramı – Müstəqillik günü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Əminəm ki, xalqlarımız arasındakı ənənəvi dostluq, əməkdaşlıq və mehriban qonşuluq münasibətləri dövlətlərimizin rifahı naminə, regionda sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi naminə bundan sonra da inkişaf edəcək və dərinləşəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, dost Türkmənistan xalqına əmin-amanlıq və tərəqqi arzulayıram.
Hörmətlə,
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı, 14 oktyabr 2005-ci il.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [11:50]
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub
- 08.10.2026 [09:22]
Prezident İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib VİDEO
- 07.10.2026 [15:30]