TÜRKSOY-un baş katibinin yubileyi münasibətilə Türkiyədə konsertlər təşkil ediləcək
Bakı, 20 noyabr, AZƏRTAC
Qazaxıstanın Karaganda Simfonik Orkestri Türkiyəyə gəlir. Orkestr Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Türkmənistan, Rusiya Federasiyasının Başqırdıstan və Tatarıstan respublikalarından və Sankt-Peterburq şəhərindən qatılacaq sənətçilərlə birlikdə konsert verəcək. TÜRKSOY-un baş katibi Düsen Kaseinovun 70 illik yubileyi münasibətilə gerçəkləşdiriləcək konsert İstanbul, Bolu, Bursa və Ankarada sənətsevərlərə unudulmaz gecə yaşadacaq.
AZƏRTAC TÜRKSOY-un saytına istinadla xəbər verir ki, “Dostlarım zənginliyimdir” adlı proqram çərçivəsində bu gün İstanbulda Maltəpə Universitetində, 21-də Bolu Mədəniyyət və Turizm İdarəsinin konfrans salonunda, 22-də Bursada Merinos Atatürk Konqres və Mədəniyyət Mərkəzində, 25-də isə Ankarada Cumhurbaşqanlığı Simfonik Orkestrinin konsert salonunda konsertlər təşkil ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [10:57]
Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub
- 15.06.2026 [07:04]