TUTANXAMONUN SƏRDABASININ CƏVAHİRATI ABŞ-DA NÜMAYİŞ ETDİRİLƏCƏK
Tutanxamonun qızıldan hazırlanmış məşhur dəfn maskası və Qədim Misir fironunun sərdabasının digər cəvahiratı son 25 ildə ilk dəfə olaraq Amerika Birləşmiş Ştatlarına aparılır. Qahirə Milli Muzeyinin bu misilsiz eksponatları gələn ilin iyununda bu ölkənin dörd şəhərinə 27 aylıq “səyahətə çıxacaqdır”.
AZƏRTAC-ın Qahirədən aldığı xəbərə görə, “Tutanxamon və fironların qızıl əsri” sərgisi kommersiya tədbiri kimi düşünülmüşdür. Qədim Misir Abidələri Ali Şurasının başçısı Zəhi Həvasın fikrincə, ABŞ şəhərlərinin hər birində nümayiş etdiriləcək sərgidən 10 milyon dollardan artıq pul əldə olunacaqdır. Bu vəsait Gizədə, 4-cü sülalə fironlarının nekropolu yaxınlığında Misir sivilizasiyasının dünyada ən böyük muzeyinin tikintisinə, habelə ehramların və Sfinksin bərpasına yönəldiləcəkdir.
Xatırladaq ki, Misirdə 3 min il bundan əvvəl hökmranlıq etmiş Tutanxamonun sərdabasını 1922-ci ildə britaniyalı arxeoloq Hovard Karter aşkara çıxarmışdır. Bu, XX əsrin başlıca arxeoloji tapıntısı olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:10]
Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub
- 05.10.2026 [18:43]
“Yaradıcı Filmaton” layihəsi başa çatıb
- 05.10.2026 [18:14]
İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub
- 05.10.2026 [17:02]
Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir
- 05.10.2026 [16:51]
“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı başlayır
- 05.10.2026 [16:46]