UEFA: Aİ məhkəməsinin qərarı hələ Superliqanın qəbul edilməsi demək deyil
Bakı, 21 dekabr, AZƏRTAC
Superliqanın yaradılmasını qanunsuz sayan Avropa İttifaqı (Aİ) Ədliyyə Məhkəməsinin qərarı Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) qaydalarında əvvəllər mövcud olan texniki aspektin ifadəsidir. Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
AZƏRTAC xəbər verir ki, bundan əvvəl Aİ-nin Ədliyyə Məhkəməsi UEFA və Beynəlxalq Futbol Federasiyasının (FIFA) Superliqanın yaradılmasını əngəlləməklə bağlı hərəkətlərinin rəqabət haqqında qanunu pozduğunu etiraf edib.
“Bu qərar hələ Superliqanın təsdiqlənməsi və ya qəbul edilməsi demək deyil”, - deyə bəyanatda qeyd olunur. - Bu, daha çox, UEFA-nın ilkin avtorizasiya sistemindəki mövcud çatışmazlığı - 2022-ci ilin iyun ayında artıq qəbul edilən və düzəldilən texniki aspekti nəzərdə tutur. UEFA öz yeni qaydalarının etibarlılığına və onların bütün müvafiq Avropa qanunlarına uyğunluğuna əmindir”.
UEFA milli assosiasiyalarla birlikdə Avropa idman modelini təsis etməyə davam edəcəyini vurğulayıb və futbolun mövcud inkişaf modelinin parçalanma təhlükəsindən qorunacağına əmin olduğunu bəyan edib.
2023-cü il fevralın 9-da İngiltərənin “The Telegraph” qəzeti A22 Super Liqasının törəmə şirkətinin Avropa futbol turnirinin Çempionlar Liqasına alternativ olan yeni formatı işə salmaq və UEFA-nın inhisarına qarşı mübarizəni davam etdirmək niyyətində olduğunu açıqlayıb.