UEFA Avropa Liqası: Onaltıdabir finalda “Fənərbağça” “Zenit”lə, “Qalatasaray” isə “Benfika” ilə qarşılaşacaq
Bakı, 17 dekabr, Nicat Məmmədov, AZƏRTAC
Dekabrın 17-də UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün onaltıdabir final mərhələsinin püşkü atılıb.
AZƏRTAC xəbər verir ki, püşkatmanın nəticəsində onaltıdabir finalda rəqiblər müəyyənləşib:
“Viktoriya Plzen” (Çexiya) - “Dinamo Zaqreb” (Xorvatiya);
“Brügge” (Belçika) - “Zalsburq” (Avstriya);
“Rapid” (Avstriya) - “İnter” (İtaliya);
“Slaviya Praqa” (Çexiya) - “Genk” (Belçika);
“Krasnodar” (Rusiya) - “Bayer Liverkuzen” (Almaniya);
“Sürix” (İsveçrə) - “Napoli” (İtaliya);
“Malmö” (İsveç) - “Çelsi” (İngiltərə);
“Şaxtyor Donetsk” (Ukrayna) - “Ayntraxt” (Almaniya);
“Seltik” (Şotlandiya) - “Valensiya (İspaniya);
“Renn” (Fransa) - “Real Betis” (İspaniya);
“Olimpiakos” (Yunanıstan) - “Dinamo Kiyev” (Ukrayna);
“Lazio” (İtaliya) - “Sevilya (İspaniya);
“Fənərbağça” (Türkiyə) - “Zenit” (Rusiya)
“Sportinq” (Portuqaliya) - “Villyareal” (İspaniya);
BATE (Belarus) -“Arsenal” (İngiltərə)
“Qalatasaray” (Türkiyə) - “Benfika” (Portuqaliya).
Qeyd edək ki, onaltıdabir final mərhələsinin ilk görüşləri fevralın 14-də, cavab qarşılaşmaları isə fevralın 21-də oynanılacaq.
UEFA Avropa Liqasının final oyunu 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.