UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqibi Lüksemburqun “F91 Düdelanj” komandası olacaq
Nyon, 20 iyun, AZƏRTAC
İyunun 20-də İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasında (ÇL) 2016-2017-ci il mövsümü üçün püşkatma mərasimi keçirilib.
Bakı vaxtı ilə saat 14:00-da start götürən püşkatmada Azərbaycan Premyer Liqasının 2015-2016-cı il mövsümünün qalibi Ağdamın “Qarabağ” komandasının rəqibi müəyyənləşib. Mübarizəyə II təsnifat mərhələsindən qoşulacaq Ağdam təmsilçisi Lüksemburqun “F91 Düdelanj” klubu ilə qarşılaşacaq.
UEFA Çempionlar Liqasının ilk mərhələsinin oyunları iyunun 28-29-da və iyulun 5-6-da, ikinci təsnifat mərhələsinin oyunları isə iyulun 12-13-də və 19-20-də keçiriləcək.
Çempionlar Liqasının final görüşü gələn il iyunun 3-də Uelsin paytaxtı Kardiffdə oynanılacaq.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Nyon
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [15:34]
"Turan Tovuz"un legioner futbolçusunun zədəsi ciddi deyil
- 13.10.2026 [13:41]
Formula 1 yarışları yenidən Afrika qitəsinə qayıdır
- 13.10.2026 [13:27]
UEFA-dan Əliyar Ağayeva növbəti təyinat
- 13.10.2026 [13:23]
Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur
- 13.10.2026 [13:11]