UEFA Konfrans Liqası: “Zirə” klubu fasiləyə məğlub yollanıb
Bakı, 21 iyul, AZƏRTAC
UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Zirə" (Bakı) - "Makkabi" (Təl-Əviv, İsrail) oyununun birinci hissəsi başa çatıb.
AZƏRTAC xəbər verir ki, “Dalğa Arena”da keçirilən oyunda hesabı İsrail təmsilçisi açıb. Matçın 18-ci dəqiqəsində Qavriel Kaniçovski fərqlənib. Qarşılaşmanın 22-ci dəqiqəsində “Makkabi”nin oyunçusu Corce Yovanoviç hesab arasındakı fərqi artırıb.
Görüşün ilk hissəsi “Makkabi”nin 2:0 hesablı üstünlüyü ilə başa çatıb.