Ueyn Runinin baş məşqçisi olduğu "Derbi Kaunti" klubu aşağı liqaya düşüb
Bakı, 19 aprel, AZƏRTAC
İngiltərə millisinin sabiq futbolçusu Ueyn Runinin baş məşqçisi olduğu "Derbi Kaunti" klubu aşağı liqaya düşüb.
AZƏRTAC xəbər verir ki, komanda Çempionşipin 43-cü turunda səfərdə "Kvin Park Reyncers"ə 0:1 hesabı ilə uduzub. Bununla da, yarışın bitməsinə 3 tur qalmış "Derbi Kaunti" liqada qalmağa imkan yaradan 21-ci yerdəki "Redinq"dən 10 xal geridə qalıb və 23-cü pillədə qərarlaşıb. Bu isə o deməkdir ki, komanda bu mövsümün sonu liqanı tərk edəcək.
Beləliklə, Derbişir təmsilçisi 1986-cı ildən sonra ilk dəfə İngiltərənin üçüncü divizionunda oynayacaq.
Xatırladaq ki, maliyyə pozuntularına görə komandanın bu mövsüm 21 xalı silinib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq
- 08.10.2026 [14:18]
“Səbail” kamerunlu futbolçunu heyətinə qatıb
- 08.10.2026 [14:05]
“Arsenal”ın futbolçusu 3 göstərici üzrə Ginnesin Rekordlar Kitabına düşüb
- 08.10.2026 [13:14]
Ultramarafonun ilk mərhələsinin qalibi qələbə təəssüratlarını bölüşüb VİDEO
- 08.10.2026 [12:28]