UFC-nin yüngül çəkidə qalibi Həbib Nurmaqomedov titulunu qorumaq üçün döyüşə çıxacaq
Bakı, 27 mart, AZƏRTAC
Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə qalibi Həbib Nurmaqomedov titulunu qorumaq üçün 2019-cu ilin sentyabrında döyüşə çıxacaq.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə UFC prezidenti Dana Uayt “MMA News” portalına bildirib.
Xatırladaq ki, ABŞ-ın Nevada ştatının atletika komissiyası (NSAC) UFC çempionu Həbib Nurmaqomedovu Las-Veqasda baş tutan “UFC 229” turnirində irlandiyalı Konor Makqreqorla döyüşdən sonra saldığı davaya görə doqquz ay müddətinə diskvalifikasiya edib. O, idman yarışlarından kənarlaşdırılmaqla yanaşı, həm də 500 min dollar məbləğində cərimələnib. Reklam çarxlarına çəkiləcəyi təqdirdə diskvalifikasiya müddətinin altı aya qədər azaldılacağı barədə şərti isə H.Nurmaqomedov qəbul etməyib.
Xatırladaq ki, H.Nurmaqomedov ötən il oktyabrın 7-də irlandiyalı Konor Makqreqoru məğlub edərək çempionluq kəmərini qoruyub. Rusiyalı döyüş ustası qarışıq döyüş növləri üzrə keçirdiyi 27 qarşılaşmanın hamısında qalib gəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [13:07]
Azərbaycan kapoeyraçıları Tallində 6 medal qazanıblar
- 12.10.2026 [12:54]
Premyer Liqanın VII turunda üç əlamətdar statistik göstərici qeydə alınıb
- 12.10.2026 [12:13]
Azərbaycanın sərbəst güləş millisi dünya çempionatına Qubada hazırlaşır
- 12.10.2026 [12:07]
Tahir Süleymanov: Uşaq futbolunda real nəticələr görmək istəyirik
- 12.10.2026 [11:55]
“Qalatasaray” – “Barselona” oyunu öncəsi 9 nəfər saxlanılıb
- 12.10.2026 [11:41]
Baş katib: Uşaq futbolunun inkişafı üçün vacib addımlar atılır
- 12.10.2026 [11:31]
AFFA yeni layihələrini ictimaiyyətə təqdim edib
- 12.10.2026 [10:47]