UKRAYNA- AZƏRBAYCAN MÜNASİBƏTLƏRİ SƏMƏRƏLİ ƏMƏKDAŞLIĞA ƏSASLANIR
Aprelin 1-də Azərbaycanın xarici işlər naziri Vilayət Quliyev Ukraynanın Bakıdakı səfiri Boris Aleksenko ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə iki ölkə arasında dostluq münasibətlərinin və işgüzar əlaqələrin möhkəmlənməsi, səmərəli əməkdaşlığın bir çox sahələrdə davam etdirilməsi, o cümlədən Ukraynanın xarici işlər naziri Anatoli Zlenkonun dəvəti ilə Azərbaycanın xarici işlər naziri Vilayət Quliyevin yaxın zamanlarda Kiyevə nəzərdə tutulmuş rəsmi səfəri ilə əlaqədar bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Səfir Boris Aleksenko Ukraynadakı ictimai-siyasi vəziyyət, siyasi islahatların aparılması, ölkə konstitusiyasına dəyişikliklərin edilməsi və keçiriləcək referendum haqqında nazir Vilayət Quliyevə ətraflı məlumat vermişdir.
Nazir Vilayət Quliyev Ukrayna ilə Azərbaycan arasındakı münasibətləri yüksək qiymətləndirərək, əlaqələrin ticari, iqtisadi və digər sahələrdə genişlənməsinin, beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, GUÖAM çərçivəsində səmərəli əməkdaşlığın vacibliyini xüsusi qeyd etmişdir.
Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:46]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
- 16.06.2026 [16:39]
Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
- 16.06.2026 [15:24]
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir
- 16.06.2026 [14:56]
Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir
- 16.06.2026 [14:04]