Ukrayna daha 82 həlak olmuş hərbçisinin cəsədlərini qaytarıb
Kiyev, 14 aprel, AZƏRTAC
Bu gün Ukraynanı müdafiə edərkən həlak olmuş daha onlarca hərbçinin cəsədlərini qaytarmaq mümkün olub.
AZƏRTAC bu barədə Reinteqrasiya Nazirliyinə istinadla xəbər verir.
Nazirlikdə bildiriblər: “Bu gün həlak olmuş 82 Ukrayna hərbçisinin cəsədlərini ölkəyə qaytarmaq mümkün oldu”.
Qeyd edilib ki, cəsədlərin müvəqqəti işğal edilmiş Ukrayna ərazilərindən qaytarılması Reinteqrasiya Nazirliyi yanında itkin düşmüş şəxslərə dair müvəkkilin ofisinin və güc strukturlarının köməyi ilə həyata keçirilib.
Xatırladaq ki, Rusiya Federasiyası ilə ən çox sayda meyit mübadiləsi fevralın 2-də olub. O vaxt Ukraynanın 150-yə yaxın müdafiəçisinin cəsədlərini qaytarmaq mümkün olub.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]
Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb
- 11.06.2026 [15:52]
İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib
- 11.06.2026 [15:40]
Böyük Britaniyanın müdafiə naziri istefa verib
- 11.06.2026 [15:33]