Ukrayna gələn ilin fevralında COVID-19 əleyhinə vaksinlənmə prosesinə başlaya bilər
Kiyev, 17 dekabr, AZƏRTAC
Ukrayna COVID-19 əleyhinə vaksinləməni gözləniləndən əvvəl başlaya bilər. Ölkənin Səhiyyə Nazirliyi ilkin vaksinləmənin 2021-ci ilin fevralında başlanacağına ümid edir.
AZƏRTAC xəbər verir ki, bu barədə brifinqdə nazir Maksim Stepanov bəyan edib.
O bildirib ki, ilkin hesablamalara görə, Ukrayna vaksinlərin ilk partiyasını 2021-ci ilin birinci yarısının birinci rübünün sonunda və ya ikinci rübünün əvvəlində almalıdır.
“COVAX fondunun təşəbbüsü ilə yerinə yetiriləcək vaksinləmə prosesi artıq təsdiqlənib. Bununla bağlı biz vaksinin istehsalçıları ilə danışıqlar aparırıq... Biz ilkin vaksinləməyə ən azı fevralın əvvəlində başlaya bilməmiz üçün vaksinlərin Ukraynaya mümkün qədər tez çatdırılmasına çalışırıq”, - deyə M. Stepanov əlavə edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [16:58]
Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO
- 10.08.2026 [16:56]
AI bumu fonunda retrokompüterlərə maraq artır
- 10.08.2026 [15:23]
İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb
- 10.08.2026 [14:52]
Qazaxıstanda Xəzər dənizində yağ ləkələri aşkarlanıb
- 10.08.2026 [14:41]
Böyük Britaniya Aİ ilə daha dərin münasibətlər qurmaq istəyir
- 10.08.2026 [14:13]