UKRAYNA İLƏ AZƏRBAYCAN ARASINDA ƏLAQƏLƏRİ İNKİŞAF ETDİRMƏK ÜÇÜN MÖHKƏM ZƏMİN VARDIR
Ukrayna ilə Azərbaycan arasında siyasi, iqtisadi əlaqələrin inkişafı arzuolunan səviyyəyə çatdırılmışdır. Dövlətlərin başçıları Heydər Əliyevin və Leonid Kuçmanın şəxsi səyləri nəticəsində ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsi üçün möhkəm zəmin yaranmışdır. Azərbaycan Ukraynanın strateji partnyorudur. Amma bəzi sahələrdə, xüsusən də ticarət dövriyyəsində bir qədər gerilik hiss olunur. Bu barədə Ukraynanın ölkəmizdəki səfirliyindən AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir. Məlumatda deyilir ki, 2002-ci ildə Ukraynanın Türkiyə ilə ticarət dövriyyəsi 2 milyard, Polşa ilə 1,5 milyard dollar təşkil etdiyi halda, Azərbaycanla bu rəqəm 100 milyon ABŞ dolları həcmində olmuşdur. Bu rəqəm ötən illərlə müqayisədə xeyli artsa da istənilən səviyyədə deyildir. Azərbaycanla Ukrayna arasında bu sahədə də artıma nail olmaq üçün imkanlar vardır və tərəflər hazırda bu məsələni müzakirə edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:46]
Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur
- 23.09.2026 [16:19]