Ukrayna müharibədə həlak olmuş daha 84 hərbçinin cəsədlərini geri qaytarıb
Kiyev, 29 avqust, AZƏRTAC
Ukrayna müharibədə həlak olmuş daha 84 hərbçinin cəsədlərini geri qaytarıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Reinteqrasiya Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Ukraynanın müvəqqəti işğal edilmiş ərazilərində ukraynalı hərbçilərin cəsədlərinin repatriasiyası baş tutub. Meyitlərin repatriasiyası itkin düşmüş şəxslərlə bağlı səlahiyyətli Reinteqrasiya Nazirliyinin yardımı ilə Ukrayna Təhlükəsizlik Xidməti yanında Birləşmiş Mərkəz, Silahlı Qüvvələrin Mülki-Hərbi Əməkdaşlıq Təşkilatı ilə birgə həyata keçirilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:10]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]