Ukrayna nümayəndə heyəti Azərbaycanda prezident seçkilərinə hazırlıq işləri barədə məlumatlandırılıb
Bakı, 10 aprel, AZƏRTAC
Aprelin 10-da Ukrayna Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Mixail Oxendovskinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında olub.
AZƏRTAC xəbər verir ki, Mixail Oxendovski Ukrayna MSK-nın nümayəndələrinin bundan əvvəl də Azərbaycanda seçkiləri müşahidə etdiyini söyləyib. O, 11 aprel prezident seçkilərinin beynəlxalq standartlara uyğun, şəffaf və ədalətli keçəcəyinə inandığını bildirib. Əlavə edib ki, nümayəndə heyəti seçki prosesini sona qədər izləyəcək.
MSK-nın sədri Məzahir Pənahov qonaqlara prezident seçkilərinə hazırlıq işləri barədə məlumat verib. Bildirib ki, müşahidəçilər seçkiləri sərbəst izləmək üçün istədikləri məntəqələrdə ola bilərlər. Onların səsvermənin gedişini rahat şəkildə izləmələri üçün hər cür şərait yaradılıb. Sədr qeyd edib ki, min məntəqədə veb-kameralar quraşdırılıb. İstənilən şəxs MSK-nın saytından onlayn formada seçkiləri izləyə bilər.
Məzahir Pənahov nümayəndə heyətinə seçkiləri izləyəcək beynəlxalq müşahidəçilər və KİV-lər barədə də məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]