UKRAYNA PREZİDENT SEÇKİLƏRİNİ MÜŞAHİDƏ ÜÇÜN DƏVƏTLƏR GÖNDƏRMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri Ukrayna Prezidenti Administrasiyasının İnformasiya Siyasəti İdarəsinə istinadla xəbər verir ki, ölkənin ATƏT qarşısında götürdüyü öhdəliklərə uyğun olaraq, xarici işlər naziri Konstantin Qrişşenko beynəlxalq müşahidəçilərin prezident seçkilərində iştirak etməsi üçün ATƏT-in baş katibi Yan Kubişin, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktoru Kristian Ştroxalın, Avropa Şurasının baş katibi Valter Şvimmerin və BMT-nin baş katibi Kofi Annanın ünvanlarına rəsmi dəvətlər göndərmişdir.
Ukrayna prezidentinin seçkilərində müşahidəçi qismində iştirak etmək üçün Ali Radanın sədri Vladimir Litvinin adından isə ATƏT-in, Avropa Şurasının, NATO və Avropa Birliyinin parlament qurumlarının rəhbərlərinə də dəvətlər göndərilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:24]
Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur
- 12.06.2026 [17:23]