Ukrayna və Aİ-nin energetika bazarları inteqrasiya olunacaq
Kiyev, 21 aprel, AZƏRTAC
Ukrayna Prezidenti Volodimir Zelenski aprelin 20-də Ali Rada tərəfindən aprelin 7-də qəbul edilmiş Avropa İttifaqı (Aİ) qanununun tətbiqi və enerji bazarlarının inteqrasiyası haqqında qanunu imzalayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ali Radanın veb-saytında bildirilib.
Qanun layihəsinə izahat qeydində bildirilir ki, onun qəbul edilməsi Ukrayna elektrik enerjisi bazarının fəaliyyətində Avropa İttifaqı və Enerji Birliyi qanunlarının müddəalarını hərtərəfli şəkildə tətbiq edəcək, habelə ölkənin Assosiasiya Sazişi və Enerji Birliyi Müqaviləsi çərçivəsində öhdəliklərini yerinə yetirməsinin təminatı olacaq.
Qanunda nəzərdə tutulan dəyişikliklər Ukrayna bazarının Aİ bazarına inteqrasiyasına, elektrik enerjisi təchizatının şəffaflığının, rəqabətin, etibarlılığın və sabitliyinin artırılmasına yönəlib. Onlar mövcud sistemin demontajına, yerli və xarici qurumlar üçün şəffaf və rəqabətli şəraitin təmin edilməsinə, həmçinin Ukrayna bazarının Aİ-nin daxili enerji bazarına inteqrasiyasına imkan verəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [17:48]
Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq
- 02.10.2026 [16:46]
Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb
- 02.10.2026 [16:34]
Yəməndə aclıq səviyyəsi sürətlə artır
- 02.10.2026 [15:40]
Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib
- 02.10.2026 [15:17]
Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər
- 02.10.2026 [15:15]
İran İraqdan uçuş məhdudiyyətlərinin aradan qaldırılmasını istəyib
- 02.10.2026 [15:08]
Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib VİDEO
- 02.10.2026 [14:43]