UKRAYNADA 2004-CÜ İL AİLƏ İLİ ELAN EDİLMİŞDİR
Ukrayna Prezidenti regional qurumlara ailənin hərtərəfli dəstəklənməsi, ölkədə demoqrafik vəziyyətin yaxşılaşdırılması üçün tədbirlər həyata keçirməyi tapşırmışdır. Fərmana əsasən Ukraynada Ailə, Uşaqlar və Gənclər İşləri Nazirliyi yaradılır.
Ukrayna Baş nazirinin müavini Dmitri Tabaçnik Ailə ilinin hazırlanması və keçirilməsi üzrə təşkilat komitəsinin sədri, indiyədək ailə və gənclər işləri üzrə dövlət komitəsinə başçılıq edən Valentina Dovjenko isə ailə, uşaqlar və gənclər işləri naziri təyin edilmişdir.