Ukraynada Azərbaycanın dövlət bayrağı videoproyeksiya edilib
Kiyev, 10 oktyabr, AZƏRTAC
Ukraynada 9 Noyabr - Azərbaycanın Dövlət Bayrağı Günü ilə bağlı bayram aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, SOCAR-ın Ukraynadakı törəmə şirkəti olan “SOCAR Energy Ukraine”in 60-a yaxın yanacaqdoldurma məntəqəsində (YDM) bayrama dair videoçarx yayımlanıb.
Videoçarx şəhər sakinləri və qonaqlar tərəfindən maraqla qarşılanıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev