UKRAYNADA DƏHŞƏTLİ ACLIĞIN QURBANLARININ XATİRƏSİ PARİSDƏ ANILMIŞLAR
Ukraynada 1932-1933-cü illərin qolodomoru bəşəriyyətə qarşı cinayət kimi təsdiq olunmuşdur. 1988-ci ildə ABŞ Konqresinin komissiyası, habelə beynəlxalq komissiya bu qolodomoru soyqırımı aktı kimi tanımışlar.
Bu aclıq o dövrdə təkcə tədarük olunmuş taxılın məcburi surətdə məhv edilməsi nəticəsində deyil, həm də SSRİ-nin bütün regionlarında, - ərzağın camaatın əlindən tamamilə alınması nəticəsində baş vermişdir. Aclıq terroru, zorakılıqla sürgünlər, fərdi xarakterli kütləvi repressiyalar milli respublika kimi Ukraynaya qarşı yönəldilmişdi.
XX əsr ərzində Ukrayna üç dəhşətli aclığa məruz qalmışdır: 1921-1923-cü illər, 1932-1933-cü illər və 1946-1947-ci illər. Onlardan ikincisi daha kütləvi və amansız olmuşdur. İnzibati tədbirlər nəticəsində Ukraynada, müxtəlif hesablamalara görə, 7 milyondan 10 milyonadək insan qırılmışdır.
Ukraynada qolodomor və siyasi repressiya qurbanlarının xatirə günü rəsmən noyabrın dördüncü şənbə günü qeyd edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:40]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:30]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]