Ukraynada koronavirusdan ölənlərin sayı 73-ə çatıb
Kiyev, 11 aprel, AZƏRTAC
Ukraynada son sutkada 308 nəfər koronavirusa yoluxub. Bununla da ölkədə koronavirusa tutulanların sayı 2511 nəfərə çatıb ki, onların 150-yə yaxını uşaqdır. Ən çox yoluxma halı Kiyevdə qeydə alınıb - 396 nəfər.
AZƏRTAC ölkənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son sutkada 4 nəfər ölüb. Ümumilikdə, koronavirusdan ölənlərin sayı 73 nəfərə çatıb. Koronavirusdan ölənlərin 85 faizində ürək-damar xəstəlikləri, şəkərli diabet, böyrək çatışmazlığı kimi xəstəliklər olub. 79 nəfər tam müalicə olunaraq evlərinə buraxılıb.
Ukraynada koronavirusa yoluxanların 60 faizi 30-59, 20,7 faizi isə 60-100 yaşlı insanlardır.
Qeyd edək ki, ölkədə aprelin 24-dək bütün beynəlxalq uçuşlar dayandırılıb, karantin elan edilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [18:04]
Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir
- 13.10.2026 [17:37]
Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA
- 13.10.2026 [17:14]
İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib
- 13.10.2026 [16:43]