UKRAYNADA KORRUPSİYA VƏ RÜŞVƏTXORLUQLA MÜBARİZƏ YANVARIN 1-DƏK DAVAM ETDİRİLƏCƏK
Nazirin sözlərinə görə, əgər əvvəllər ayda 200-230 rüşvətxor yaxalanırdısa, son iki ayda bu rəqəm 800-ə çatmışdır. Ona görə də ikiaylığı 2006-cı il yanvarın 1-dək uzatmaq qərara alınmışdır.
DİN başçısı demişdir ki, milisin məqsədyönlü fəaliyyəti sayəsində ilin əvvəlindən bəri ölkədə 1120 cinayət işi qaldırılmışdır. Həmin dövrdə 3,5 min rüşvətxorluq faktı qeydə alınmışdır.
Lakin nazirin fikrincə, milisin prokurorluq orqanlarına verdiyi cinayət işlərinin təhqiqinin səmərəliliyi oduqca aşağıdır. Bununla əlaqədar o, Ukrayna Baş Prokurorluğuna çox böyük əks-səda doğuran işlərin milis orqanlarına verilməsi təklifi ilə müraciət etmişdir. Y.Lutsenko bunu Prezident Viktor Yuşşenkodan da xahiş etmək niyyətindədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]