Ukraynada son sutkada koronavirusdan ölüm hallarında yeni antirekord qeydə alınıb
Kiyev, 12 sentyabr, AZƏRTAC
Ukraynada son sutkada koronavirusdan ölüm hallarında yeni antirekord qeydə alınıb.
AZƏRTAC Ukrayna Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, bu ölkədə son sutkada 3103 nəfər koronavirusa yoluxub, 72 nəfər isə bu xəstəlikdən həyatını itirib. Ən çox yoluxma Kiyev, Xarkov, Ternopol, Odessa vilayətlərində qeydə alınıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 151 min 859 nəfərə çatıb. Bu infeksiyadan ölənlərin ümumi sayı 3148 nəfərdir, 68 min 346 xəstə isə sağalaraq evə buraxılıb.
Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti noyabra qədər uzadılıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [20:58]
İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik
- 23.09.2026 [20:13]
Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]