Ukraynada yeni antirekord: koronavirusdan gündəlik ölüm halları 500-ə yaxınlaşıb
Kiyev, 7 aprel, AZƏRTAC
Son sutka ərzində Ukraynada 481 nəfər koronavirusdan həyatını itirib ki, bu da pandemiya dövründə ən yuxarı göstəricidir.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Səhiyyə Nazirliyinin məlumatında qeyd edilib.
Buna qədər koronavirusdan gündəlik ən yüksək ölüm faktı 433 nəfər olub. Hazırda ölkədə bu virusdan ölənlərin ümumi sayı 35498 nəfərə çatıb.
Son sutkada Ukraynada 15 min 415 nəfər koronavirusa yoluxub. Bu virusa ən çox yoluxma Kiyev, Xarkov, Lvov və Odessa vilayətlərində qeydə alınıb. Son sutkada koronavirusa yoluxanların 5558-i xəstəxanaya yerləşdirilib.
Aprelin 6-na olan vəziyyətə görə, Ukraynada 1 milyon 784 min 579 yoluxma faktı təsdiqlənib, 1 milyon 373 min 851 nəfər müalicə olunaraq sağalıb.
Ukrayna hökuməti koronavirusa yoluxma hallarının artdığı üçün karantin rejimini sərtləşdirib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [20:58]
İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik
- 23.09.2026 [20:13]
Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]