UKRAYNANIN BAŞ NAZİRİ VİKTOR YANUKOVİÇİN ÇIXIŞI
-Biz Sizi 45 illiyiniz günündə çox böyük həvəslə salamlamağa gəlmişik. Bilirik ki, son illər Siz öz üzərinizə olduqca böyük məsuliyyət götürməli - atanız Heydər Əliyeviçin uzun illər ərzində daşıdığı bayrağı qəbul etməli olmusunuz. Kiyev şəhərində onun xatirəsi əbədiləşdirilmişdir. Biz bunu görkəmli dövlət xadiminin, Ukraynanın böyük dostunun xidmətlərinə ehtiram əlaməti olaraq etmişik. İndi, bir neçə il keçdikdən sonra mən qətiyyən utanmadan deyirəm: İlham Heydəroviçin o bayrağı əlində saxlaya biləcəyini bütün dünyada izləyirdilər, çünki məsuliyyət çox yüksək idi. Sizin çiyinləriniz üzərinə düşən bu son dərəcə yüksək məsuliyyəti təsəvvür etmək çətindir. Görünür, bunu Sizin özünüzdən başqa, heç kim təsəvvür edə bilməz. Siz isə bunun nə dərəcədə asan olmadığını heç vaxt heç kimə deməyəcəksiniz. Bunu ancaq güman etmək olar. Mənimlə gələn nümayəndə heyətinin üzvləri həyatın qədr-qiymətini bilən insanlardır, öz üzərinə öhdəlik götürməyin, öhdəlikləri yerinə yetirməyin nə demək olduğunu başa düşürlər. Siz elə bir insansınız ki, bu gün heç kimə heç nə borclu deyilsiniz. Siz bütün dünyaya göstərdiniz ki, çox şeyə nail olmusunuz. Əməli surətdə göstərdiniz ki, Siz öz valideynlərinizə layiqsiniz. Mən bu badəni Ukrayna xalqının böyük dostu, Heydər Əliyevin oğlu İlham Əliyevin sağlığına qaldırmaq istəyirəm.
Çox şadam ki, həyatımda nə vaxtsa belə bir hadisə baş verdi - mən hələ kifayət qədər gənc bir insanla, bu gün isə Azərbaycan Prezidenti ilə görüşdüm. Mənim Ukrayna və Azərbaycan xalqlarının xeyrinə ola biləcək etibarlı münasibətlər yaratmağa imkanım var. Mən Sizin sağlığınıza, ailənizin sağlığına badə qaldırmaq istəyirəm. Tanrıdan Sizə cansağlığı, ailənizə və bütün Azərbaycan xalqına firavanlıq diləyirəm.