Ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət
Bakı, 9 iyun, AZƏRTAC
İyunun 9-da Azərbaycanda səfərdə olan Rusiya Federasiyasının ədliyyə naziri Aleksandr Konovalovun başçılıq etdiyi nümayəndə heyəti Fəxri Xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Daha sonra nümayəndə heyəti Şəhidlər Xiyabanını ziyarət edib. Qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olan qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə güllər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Rusiyalı qonaqlar Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr ediblər. Onlara Şəhidlər Xiyabanının tarixi, şəhərdə aparılan quruculuq və abadlıq işləri barədə məlumat verilib.