Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş TOP-12 turniri keçirilmişdir
Bakı, 7 may (AZƏRTAC). Salyanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş stolüstü tennis üzrə TOP-12 turniri keçirilmişdir.
Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, yarışdan əvvəl federasiyanın rəsmiləri başda olmaqla turnir iştirakçıları müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin abidəsi önünə əklillər qoymuşlar.
Çempionatda Bakı, Sumqayıt, Salyan şəhərlərini təmsil edən 12 qız və 12 oğlan idmançı iştirak etmişdir. Şəxsi xarakter daşıyan turnirdə oğlanlar arasında Ramil Cəfərov (Bakı) 1-ci, Rüstəm Əliyev (Sumqayıt) 2-ci, Rafael Abramov (Bakı) 3-cü yeri tutmuşlar.
Qızların mübarizəsində Sumqayıt idmançısı Bilurə Eminova bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır, Rüfət Quliyev (Bakı) və Səbinə Əhmədova gümüş və bürünc medallara sahib olmuşlar.
Sonda qalib idmançılara hədiyyələr və Stolüstü Tennis
Federasiyasının diplomları təqdim olunmuşdur.
Yarışı beynəlxalq dərəcəli hakim Zaur Mikayılov idarə etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [17:57]
Fransa Futbol Federasiyası İnfantinonu dəstəkləməkdən imtina edib
- 09.09.2026 [15:53]
Azərbaycan millisinin voleybolçusu "Turan" klubuna keçib
- 09.09.2026 [15:22]
“Mançester Yunayted” “Sabah”la oyunöncəsi son məşqinə çıxıb
- 09.09.2026 [14:57]
“Kəpəz”in kapitanı məşq zamanı zədələnib
- 09.09.2026 [14:39]
Azərbaycanda beynəlxalq dərəcəli güləş hakimlərinin sayı 24-ə çatıb
- 09.09.2026 [14:19]