Ulu Öndərin 100 illiyi münasibətilə Hacıqabulda 500 ədəd sərv və şam ağacı əkilib
Hacıqabul, 13 mart, Aydın Yavərzadə, AZƏRTAC
Hacıqabul rayonunda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ağacəkmə aksiyasında Hacıqabul Rayon İcra Hakimiyyətinin, YAP Hacıqabul rayon təşkilatının rəhbərliyi, rayon hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrinin əməkdaşları, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Aksiya zamanı Hacıqabul-Muğan avtomobil yolunun sağ və sol hissəsində, avtomobil yolu boyunca 500 ağac, o cümlədən 250 şam və 250 sərv ağacı əkilib. Eyni zamanda, ağacların əkildiyi ərazilərdə təmizlik işləri aparılıb, ağaclara aqrotexniki qulluq göstərilib.