Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ümumdünya Dağ Yəhudiləri Konqresi: “Azərbaycan multikulturalizm, tolerantlıq və dinlərarası dialoq nümunəsidir”

Bakı, 21 noyabr, AZƏRTAC

Noyabrın 20-də Yerusəlimdə Ümumdünya Dağ Yəhudiləri Konqresi keçirilib. Bu forum çərçivəsində İsrailin Dağ Yəhudiləri icmasının ümdə problemləri müzakirə edilib.

AZƏRTAC xəbər verir ki, Konqresdə İsrailin mədəniyyət naziri Miri Reqev, İsrailin rabitə naziri Əyyub Qara, millətlər məsələləri üzrə federal agentliyinin sədri İqor Barinov, Moskva şəhərinin Milli siyasət və regionlararası əlaqələr Departamentinin Dini qurumlarla əlaqələr idarəsi rəisinin müavini Anton İqnatenko, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin icraçı direktoru Arye Qut və Ümumisrail Dağ Yəhudiləri Birliyinin nümayəndələri iştirak ediblər.

Ümumdünya Dağ Yəhudiləri Konqresinin prezidenti Akif Hilalov forumu açaraq qeyd edib ki, Ümumdünya Dağ Yəhudiləri Konqresi 15 il bundan əvvəl onun mərhum qardaşı, bütün dünyada mövcud olan dağ yəhudiləri icmalarının sıx birləşməsi üçün çox səy göstərən Zaur Hilalov tərəfindən yaradılıb.

Akif Hilalov deyib: “Bizim xalqımız Müqəddəs Diyardan Babilistana və İrana, oradan da Qafqaz dağlarına qədər uzun yol keçib. Dağ yəhudiləri tarixi boyu ən müxtəlif xalqlarla dinc yanaşı yaşayıb, onların adət və ənənələrinə münasibətdə dözümlülük və hörmət nümayiş etdiriblər. Konqresin missiyası həm müxtəlif ölkələrdə yaşayan dağ yəhudiləri arasında, həm də sülhün, tolerantlığın, tərəqqinin, mədəni və humanitar inkişafın möhkəmlənməsində maraqları olan bütün xalqlar və mütərəqqi ictimai təşkilatlarla əlaqələri gücləndirməkdir.

Ümumdünya Dağ Yəhudiləri Konqresi BMT-nin İqtisadi və Sosial Şurası nəzdində qeyri-hökumət təşkilatı və məşvərət orqanı statusu alandan sonra bu qurum beynəlxalq aləmdə tanınıb, onun inkişafına yeni təkan verilib və beləliklə insan haqlarına və azadlıqlarına riayət edilməsi kimi ümdə mövzuların beynəlxalq səviyyədə müzakirəsində iştirak etmək hüququ qazanıb. Vatikanda Roma Papası ilə görüş zamanı bunu eşitmək bizə çox xoş oldu ki, Papa Azərbaycanda dinlərarası və mədəniyyətlərarası dialoq haqqında çox yüksək fikirdə olduğunu bildirdi. O vurğuladı ki, Azərbaycan sakinləri, dini və etnik mənsubiyyətindən asılı olmayaraq, tolerantlıq və multikulturalizm şəraitində yaşayırlar. Müsəlmanların və yəhudilərin dünyada normal, harmonik və dinc yanaşı yaşaması barədə xəbərlər hələ də çoxlarına qəribə görünür, lakin Azərbaycanda qarşılıqlı münasibətlərin belə nümunəsini görmək olar.

Ümumdünya Dağ Yəhudiləri Konqresinin İsraildə ən mühüm missiyalarından biri - təhsil, sosial və humanitar layihələrin təbliği olacaq. Biz ivrit dilində sərbəst danışan, lakin özlərinin dağ yəhudi köklərini, öz dilini və ənənələrini unutmayan gənclərimizi dəstəkləməliyik. Bizim Konqres onda iştirak etmək istəyən hər kəs üçün açıqdır, biz əməkdaşlıq və tərəfdaşlıq üçün açığıq. Yaxın vaxtlarda Ümumdünya Dağ Yəhudiləri Konqresinin yeni rəhbərliyinin demokratik seçkilərini keçirəcəyik”.

İsrailin mədəniyyət və idman naziri, tədbirdə iştirak edənləri və bütün dağ yəhudiləri icmasını təbrik etmək üçün gəlmiş xanım Miri Reqev, öz çıxışında Baş nazir Binyamin Netanyahunun təbriklərini çatdıraraq bildirib ki, o, İsraildə baş verən son siyasi hadisələrlə əlaqədar bu tədbirdə iştirak edə bilməyib.

Sonra Akif Hilalov dağ yəhudilərinin Ümumisrail Birliyinin sədri Pavel Yelizarova, professor Mixail Aqarunova və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər sahəsində israilli ekspert Arye Quta Ümumdünya Dağ Yəhudiləri Konqresinin ordenlərini təqdim etdi.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri Arye Qut dünən Yerusəlimdə Ümumdünya keçirilmiş Ümumdünya Dağ Yəhudiləri Konqresində çıxış edərək dedi: “Azərbaycan bir sıra dinlərin və xalqların nümayəndələri üçün vətən olub və bu gün də belədir. Qədim Azərbaycan torpağında iudaizm və İslam, atəşpərəstlik və xristianlıq yanaşı mövcud olub. Bu diyar bu gün də tolerantlığa və dini dözümlülüyə meyil nümayiş etdirir. Azərbaycanda tolerantlığın parlaq nümunələrindən biri də bu ölkədə dağ yəhudiləri icmasının nümayəndələrinə səmimi qardaşlıq münasibətidir. Bir faktı xüsusi qeyd etmək lazımdır ki, Azərbaycanda heç vaxt millətçilik, şovinizm və antisemitizm olmayıb, burada digər xalqlar kimi dağ yəhudiləri də özlərini heç vaxt qərib hiss etməyiblər. Bu gün Azərbaycan haqqında söylənilən hər fikir, Azərbaycan dilində eşidilən səslər və ya Azərbaycan musiqisi dağ yəhudilərinin qəlbində bu ölkə barədə, doğma Bakı və Qırmızı Qəsəbə barədə nostalji duyğular oyadır, onların gözlərini yaşardır”.

Arye Qut daha sonra deyib: “Azərbaycanda dağ yəhudiləri icması dinlərarası və sivilizasiyalararası dialoqda birləşdirici rol oynayır. Bu gün, millətlərarası münaqişələrin alovlandığı amansız dünyada Azərbaycan hansı konfessiyaya mənsub olmasından asılı olmayaraq hər kəsin dinc yanaşı yaşadığı sabitlik və firavanlıq adasıdır. Azərbaycan açıq ölkədir. O, bugünkü narahat dünyamıza tolerantlıq və multikulturalizm siyasətinin həyata keçirilməsi nümunəsini nümayiş etdirir. Mən deyərdim ki, bunlar Azərbaycan xalqının səciyyəvi xüsusiyyəti və həyat tərzidir. Əslən Azərbaycandan olanların çoxu bu tolerantlıq amilinə görə fəxr edir.

Mən müasir beynəlxalq vəziyyəti, dünyada hökm sürən qeyri-sabitlik və xaosu, dini fundamentalizmin artmasını nəzərə alaraq hesab edirəm ki, Ümumdünya Dağ Yəhudiləri Konqresinin prezidenti Akif Hilalovun Dünyanın Monoteist Dinlərinin Rəhbərləri Şurasının yaradılması barədə ideyası çox gözəl, aktual və vaxtında irəli sürülmüş ideyadır”.

Forumda çıxış edən professor Mixail Aqarunov vurğulayıb ki, Azərbaycanda ilk yəhudi məhəlləsi XVII əsrin axırlarında Oğuz rayonunda yaranıb, XVIII əsrin axırlarında isə iki böyük və tarixi əhəmiyyətli dağ yəhudiləri icması - Quba yaxınlığındakı yəhudi qəsəbəsi və Dərbənd icması formalaşıb. Dağ yəhudiləri icmaları dünya ictimaiyyətini nəyə görə bu qədər cəlb edir? Ən azı ona görə ki, dağ yəhudilərinin Azərbaycanda Qırmızı Qəsəbə adlandırılan sonuncu məskəni yer üzündə İsraildən başqa yeganə yerdir ki, orada yalnız yəhudilər indiyə qədər yığcam şəkildə yaşayır. Qırmızı Qəsəbə mənim valideynlərimin vətənidir. Mənim doğmalarım və yaxınlarım orada yaşayır. Düzdür, bir vaxtlar Qırmızı Qəsəbə sakinlərinin sayı 12 min idi, bu gün isə orada 5 minə yaxın insan yaşayır. Əslində, bu azalma təbii prosesdir: SSRİ dağılan dövrdə, Ermənistanın Azərbaycana qarşı təcavüzü başlananda Qırmızı Qəsəbə əhalisinin bir qismi daha yaxşı həyat axtarışında bu ölkəni tərk edib. Lakin biz həmişə Qırmızı Qəsəbəyə qayıdırıq, doğma yerlərlə bağlı nostalji duyğuları inkar etmək olmaz, çünki Azərbaycanda bütün başqa xalqlar kimi biz də yaxşı yaşayırdıq. Mən təhsil, sosial və humanitar layihələrin inkişaf etdirilməsi barədə Akif Hilalovun ideyasını dəstəkləyirəm. Biz öz gənclərimizi dəstəkləməyə borcluyuq”.

Ümumdünya Dağ Yəhudiləri Konqresinin sədri Pavel Yelizarov da forumda çıxış edib. O, tədbir iştirakçılarını bu əlamətdar forum münasibətilə təbrik edərək bildirib ki, icmada sıx birliyi möhkəmlətmək üzrə işləri davam etdirmək lazımdır. Pavel Yelizarov deyib: “Biz birlikdə olanda yaxşı tənzimlənmiş, icmanın rifahı naminə vahid siyasət yürüdən bir orqan oluruq. Əslində, bizim bütün işimiz bu məqsədə xidmət edir. İdarə heyətinin işində iştirak etmək istəyən həmfikirlərimiz az deyil. Mən inanıram ki, bu fəal və təşəbbüskar insanlar mükəmməl bir mexanizm kimi işləyə biləcəklər. Qafqaz icmasının, gənc ailələrin həyatının keyfiyyətini artırmaq, yeni repatriantların və aztəminatlı ailələrin absorbiyasına kömək göstərilməsi problemlərinin həlli barədə fikirləşmək lazımdır. Əgər biz bütün insan resurslarını və maliyyə imkanlarını vahid tam şəklində birləşdirsək, buna nail ola bilərik”.

Simxa Osipova - ictimai fəaliyyətinə görə, Viktor Rabayevə - idmana verdiyi töhfələrə görə, Pereslər ailəsinə - mədəniyyətə verdiyi töhfələrə görə “İlin adamı” mükafatlarının təqdim edilməsi tədbirin kulminasiyası olub.

Tədbir bayram konserti ilə davam edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb