ÜMUMDÜNYA SƏHİYYƏ TƏŞKİLATI AZƏRBAYCANA 6,6 MİLYON DOLLAR YARDIM AYIRMIŞDIR
Azərbaycan Respublikasının səhiyyə naziri Əli İnsanov AZƏRTAC-ın müxbirinə demişdir ki, həmin vəsait hesabına ölkədə QİÇS-lə mübarizə məqsədi ilə yeni laboratoriyalar yaradılacaq, dərmanlar əldə ediləcəkdir. Ölkəmiz yaxın günlərdə həmin vəsaiti alacaqdır.
Nazir onu da bildirmişdir ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanın ÜST-ə olan 3 milyon ABŞ dolları üzvlük haqqının da ödənilməsinə başlanılmışdır. Bununla da ölkəmizin təşkilatdakı səs hüququ bərpa olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]