ELM VƏ TƏHSİL
Ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu davam edir
Bakı, 28 aprel, AZƏRTAC
2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu davam edir.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır. Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi sentyabrın 14-də başa çatacaq.
2021-2022-ci tədris ili üzrə birinci sinfə qəbul, qeydiyyat prosesinin həyata keçirilməsi barədə əlavə məlumatı Təhsil Nazirliyinin rəsmi saytında təqdim olunan sual-cavab faylından, həmçinin videotəlimatdan əldə etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [14:54]
Rəsədxana: Mayın 8-də geomaqnit qasırğası olması ehtimalı var
- 06.05.2024 [13:26]
“Şagirdlərin qiymətləndirilməsi” işçi qrupunun növbəti təlim görüşləri olub
- 06.05.2024 [13:02]
EURAS-ın prezidenti BANM-də master-klas keçib
- 06.05.2024 [12:56]