ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN XATİRƏSİNƏ EHTİRAM
AZƏRTAC xəbər verir ki, ölkəmizdə səfərdə olan Bolqarıstanın Gənclər və İdman İşləri üzrə Dövlət Agentliyinin rəhbəri Veselo Leçeva, Bolqarıstan Respublikasının ölkəmizdəki səfiri İvan Palçev, Azərbaycan gənclər və idman naziri Azad Rəhimovla birgə sentyabrın 18-də Fəxri xiyabana gələrək, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Qonaqlar, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini yad etmiş, qəbri üzərinə gül dəstələri qoymuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [11:30]
Parlament Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsini təsdiqləyib
- 16.10.2026 [11:07]
Milli Məclisdə 12 məsələnin müzakirəsinə başlanılıb
- 16.10.2026 [10:12]
Sultan Hacıyev AQEM-in yeni Baş katibi təyin olunub
- 16.10.2026 [00:12]