UNEC-in tələbəsi NASA-nın saytında səhv aşkarlayıb
Bakı, 3 aprel, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rəqəmsal iqtisadiyyat fakültəsinin informasiya təhlükəsizliyi ixtisası üzrə təhsil alan birinci kurs tələbəsi Kənan Fərzəlili NASA (Şimali Atlantika Kosmik Agentliyinin) veb-saytında səhv aşkarlayaraq şirkətin məlumat mərkəzinə bu barədə yazılı məruzə edib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, UNEC tələbəsinə NASA tərəfindən saytda aşkarladığı yanlışlığa görə təşəkkür məktubu göndərilib. Kənan Fərzəlilinin adı kibertəhlükəsizlik məkanında məşhur platforma hesab olunan “Bugcrowd - Hall of fame” siyahısına daxil edilib.
Kənan Fərzəlili informasiya təhlükəsizliyi sahəsi üzrə UNEC-də aldığı bilik və bacarıqlar sayəsində kibertəhlikəsizlik üzrə peşəkar mütəxəssis kimi yetişərək ilk uğuruna imza atmış olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [14:09]
Aşıq Nəcəfin yaradıcılığı Qərbi Azərbaycanın mədəni yaddaşı kontekstində
- 16.10.2026 [14:06]
Əcnəbi tələbələr BDU-nun tarixi və fəaliyyəti ilə tanış olublar
- 16.10.2026 [11:38]
ADU beynəlxalq əlaqələrin inkişafına xüsusi önəm verir
- 16.10.2026 [11:31]
UNEC beynəlxalq reytinqdə uğur qazanıb
- 16.10.2026 [11:20]
AzTU-nun 5 tələbəsi “Huawei”in təqaüd proqramının qalibi olub
- 16.10.2026 [10:27]