UNEC QS Regional reytinqində 30 pillə irəliləyib
Bakı, 16 dekabr, AZƏRTAC
QS Reytinq Agentliyinin 2021-ci il üçün “QS inkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya” regionu üzrə reytinq cədvəlində Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) regionun 221-230 ən yaxşı universiteti arasında qərarlaşaraq, ötənilki nəticə ilə müqayisədə 30 pillə yüksəlib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, ötən illə müqayisədə indikatorlar üzrə topladığı balları artıran UNEC builki nəticələrə görə yüksəlib və Azərbaycanın ən reytinqli 2-ci universiteti olub. İxtisaslaşmış Azərbaycan universitetləri arasında isə UNEC birinci yerdədir.
Reytinq təşkilatında UNEC-in əldə etdiyi ən yaxşı nəticə “İşəgötürənlər reputasiyası” indiqatoru üzrə olub. Region universitetləri arasında 96-cı ən yaxşı nəticəni əldə edən UNEC Azərbaycan universitetləri arasında birinci yerdə qərarlaşıb.
“Akademik reputasiya” indikatoru üzrə ötən illə müqayisədə 17 pillə irəliləyən UNEC regionda 136-cı, Azərbaycanda isə ikinci ən yaxşı nəticəni əldə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [17:30]
Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib
- 02.10.2026 [17:28]
Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı
- 02.10.2026 [17:15]
Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb
- 02.10.2026 [16:59]
Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?
- 02.10.2026 [15:57]
Balakəndə yüzədək Alban məbədi və onların qalıqları müəyyənləşdirilib
- 02.10.2026 [15:49]