Azərbaycan Dövlət İnformasiya Agentliyi

UNESCO-da Azərbaycanın mədəni irs abidələrini qorumasından danışılıb

Paris, 11 iyul, AZƏRTAC

Azәrbaycanın Ümumdünya İrs Siyahısındakı ilk abidәsi olan “İçərişəhər, Şirvanşahlar Sarayı və Qız Qalası” kompleksinin siyahıya daxil edilmәsinin 25-ci ildönümü tamam olur. Bu yubiley Azərbaycanın qlobal mədəni irsə verdiyi töhfənin bir göstəricisi, eyni zamanda mədəni irsin qorunması sahəsində son 25 ildə ölkəmizin qazandığı zəngin təcrübənin parlaq təcəssümüdür.

AZƏRTAC xəbər verir ki, bu fikirləri UNESCO-nun İrs Komitəsinin 47-ci sessiyası çərçivəsində İçərişəhərin Ümumdünya İrs Siyahısına daxil edilməsinin 25 illiyinə həsr olunmuş “Dünya irsinin qorunması: İrsin konservasiyası və kommunikasiyası təcrübələri” adlı tədbirdə UNESCO üzrə Azərbaycanın Milli Komissiyasının Baş katibi Seymur Fətəliyev deyib. Bildirib ki, İçərişəhər zəlzələnin fəsadları, urbanizasiya problemləri və konservasiya imkanlarının məhdudluğuna görə Ümumdünya İrs Siyahısına daxil edilməsindən bir neçə il sonra “Təhlükə altındakı Ümumdünya İrs Siyahısına” daxil edilib. Ancaq qısa zamanda qəbul edilən strateji qərarlar, siyasi iradə və dövlətin bu sahəyə göstərdiyi xüsusi diqqət nəticəsində ciddi dönüş yaranıb: “İçərişəhər Tarix-Memarlıq Qoruğu İdarəsinin yaradılması, inteqrə edilmiş idarəetmə sisteminin tətbiqi, elmi əsaslı konservasiya planlarının hazırlanması və ardıcıl həyata keçirilməsi sayəsində 2009-cu ildə İçərişəhər yenidən əsas siyahıya qaytarıldı. Bu, UNESCO təcrübəsində nadir hallarda rast gəlinən uğurlu nümunələrdən biri kimi tarixə düşüb. Təhlükə siyahısında olan abidənin yenidən əsas siyahıya qaytarılması böyük əzm, sistemli yanaşma, elmi əsaslandırılmış fəaliyyət və mədəni irsə sonsuz sevgi tələb edir. Bu proses mədəni irsin canlı yaddaş daşıyıcısı olduğunu göstərir”.

S.Fətəliyev hazırda Azərbaycanın Ümumdünya İrs Siyahısında beş irs nümunəsinin yer aldığını vurğulayıb. “İçərişəhər, Şirvanşahlar Sarayı və Qız Qalası”, “Qobustan qayaüstü mədəni landşaftı”, “Xınalıq mədəni landşaftı və Köç Yolu”, “Şəkinin tarixi mərkəzi və Xan Sarayı” kimi irslərimizin mədəni irs kateqoriyasına, “Hirkan meşələri”nin isə Azərbaycanın Ümumdünya İrs Siyahısına daxil edilmiş ilk təbii irs nümunəsi olduğunu deyib.

Azərbaycanın mədəni və təbii irs baxımından zəngin ölkə olduğunu deyən Baş katib qarşıdakı illərdə bu kateqoriyalarda yeni nominasiya dosyelərinin hazırlanacağını diqqətə çatdırıb. O, ölkəmizin UNESCO-nun 1972-ci il Konvensiyasının fəal tərəfdaşı olduğunu deyib.

Ölkəmizin Ümumdünya İrs Komitəsinin keçmiş üzvü, eləcə də UNESCO ailəsinin etibarlı üzvü olaraq bu Konvensiyanın icrasında yaxından iştirak etdiyini bildirib: “2019-cu ildә Bakı Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına uğurla ev sahibliyi etdi. Bu tədbir irs sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə böyük töhfə verdi. Bu yanaşmanın davamı olaraq, Azərbaycan 2022-2023-cü illərdə Afrika ölkələrinin UNESCO üzrə Milli Komissiyalarının nümayəndələri üçün mədəni irs sahəsində genişmiqyaslı treninqlər təşkil etdi. 50-yə yaxın Afrika ölkəsini əhatə edən bu təşəbbüs irsin coğrafiyadan asılı olmayaraq bəşəri dəyər olduğunu bir daha nümayiş etdirdi”.

Seymur Fətəliyev Azərbaycanın 2025–2029-cu illər üzrə Ümumdünya İrs Komitəsinə namizədliyini irəli sürdüyünü də xatırladıb: ”Noyabrında keçiriləcək seçkilərdə Azərbaycanın namizədliyini dəstəkləməklə üzv dövlətlər ümumbəşəri irsin qorunmasına, Afrika irsinin Ümumdünya İrs Siyahısında daha balanslı və ədalətli şəkildə təmsil olunması istiqamətində görüləcək işlərə mühüm töhfə vermiş olacaqlar. Azərbaycan yenidən seçildiyi təqdirdə təhlükə altındakı irsin qorunması, regionlar arasında balansın təmin olunması, az təmsil olunan ölkələrin səsinin eşidilməsi və bu sahədə bilik və bacarıqların paylaşılması kimi məsələlər diqqət mərkəzində olacaq. Multikulturalizmi dövlət siyasəti elan etmiş Azərbaycan UNESCO dəyərlərinə sadiq olaraq, İrs Komitəsinin işinə böyük töhfə verməyə hazırdır”.

Milli Komissiyanın Baş katibi Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan quruculuq işlərindən də danışıb. Bildirib ki, bu torpaqlarda 100 müxtəlif mədəni irs abidəsinin ətrafında işğal dövründə Ermənistan tərəfindən kütləvi minalar basdırıldığı aşkar edilib. O, Həmin abidələrin ciddi təhlükə və risk altında olduğunu diqqətə çatdırıb: “Təsəvvür edin ki, 30 ilə yaxın işğal dövründə Ermənistan tərəfindən yüzlərlə abidə sistemli şəkildə dağıdılıb, məscidlərimiz təhqirə məruz qalıb, digər abidələrin əksəriyyətinin ətrafı minalanıb. Azәrbaycan bu gün әtrafı minalanmış irs abidələrinin sayına görə dünyada ilk sıradadır. Bu vəziyyət təkcə maddi-mədəni irsə deyil, həmçinin insan həyatına birbaşa təhdid və təhlükədir”.

S.Fətəliyev ölkəmizin tərəfdar olduğu bütün Konvensiyalara və onlardan irəli gələn öhdəliklərə hər zaman sadiq olduğunu vurğulayıb. Bildirib ki, mədəni və təbii irs bəşəriyyətin ortaq sərvəti, onların qorunması isə yalnız keçmişə borcumuz deyil, eyni zamanda, gələcək nəsillər qarşısında mənəvi məsuliyyətimizdir.

 
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fövqəladə hallar naziri Kəlbəcərdə vətəndaşların müraciətlərini dinləyəcək

Naxçıvanda şəhid və qazi övladları üçün sosial təlim proqramı təşkil olunacaq

Avropa çempionatı: Azərbaycanın voleybol millisi Belçika ilə üz-üzə gələcək

“Laçından 4 övladımla çıxmışdım, 12 nəvəmlə qayıtdım” - Məmmədovların həyat hekayəsi VİDEO

“Laçından 4 övladımla çıxmışdım, 12 nəvəmlə qayıtdım” - Məmmədovların həyat hekayəsi VİDEO

Ədliyyə naziri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Ağdamın Xıdırlı və Kəngərli kəndlərinin sakinlərinə səyyar tibbi xidmət göstərilib

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

“Brent”in qiyməti 87 dollara enib VİDEO

“Brent”in qiyməti 87 dollara enib VİDEO

Azərbaycan nefti 91,93 dollara satılır VİDEO

Azərbaycan nefti 91,93 dollara satılır VİDEO

Bakıda yanğın baş verib, 1 nəfər ölüb VİDEO

Bakıda yanğın baş verib, 1 nəfər ölüb VİDEO

Muğamın yaddaş məkanı: Beynəlxalq Muğam Mərkəzi VİDEO

Muğamın yaddaş məkanı: Beynəlxalq Muğam Mərkəzi VİDEO

Nəsilləri birləşdirən milli musiqimizin şah əsəri - Azərbaycan muğamı

Yaponiyada qasırğa səbəbindən 280-dən çox reys ləğv edilib

Bu gün Laçın Şəhəri Günüdür

ABŞ-də "Black Hawk" hərbi helikopteri qəzaya uğrayıb

ABŞ strateji bombardmançı təyyarələrin modernləşdirilməsinə yüz milyonlarla dollar xərcləyəcək

NBC İranın ABŞ kəşfiyyat obyektlərinə vurduğu ziyanı milyardlarla dollar qiymətləndirir

“Axios”: ABŞ İrana yeni zərbələr endirməyi planlaşdırmır

“Heart Aerospace”dən uğurlu sınaq – 27 dəqiqəlik uçuşa 5 dollarlıq enerji sərf olundu

Kanada ABŞ-nin 50 faizlik tarif tətbiq etməsinə cavab verəcək

“Politico”: Aİ öz vəzifəli şəxslərinə qarşı kiberhücumları ilin əsas təhdidlərindən biri adlandırıb

Tahir Gözəl: “Sabah”a Çempionlar Liqasının əsas mərhələsində uğurlar arzulayıram

Uels klubu “Sabah”ı tarixi nəticəyə görə təbrik edib

Qəza siqnalı göndərən ABŞ hərbi təyyarəsi Almaniyaya eniş edib

“Sabah”dan tarixi nəticə: İlklər və rekordlar

“Lufthansa” aviaşirkətinin Dehliyə uçan təyyarəsi Bakıda eniş edib

Abbas Əraqçi: İran və Omanın Hörmüz boğazı ilə bağlı razılaşması regional nizamlanmanın nümunəsidir

Blokada səbəbindən 10-dan çox İran tankeri Şri-Lanka sahillərində qalıb

"Sabah"ın futbolçusu: Meydana daxil olanda uşaqlar deyirdi ki, sən qol vuracaqsan

Hindistanda dörd qolu və dörd ayağı olan körpə dünyaya gəlib

Valdas Dambrauskas: Dünyanın ən xoşbəxt baş məşqçisiyəm

Coy Lens Mikels: Çox çətin oyun oldu

“Sabah”ın özbəkistanlı futbolçusu: Liqa mərhələsinə yüksələcəyimizə inanırdıq

Suriya Demokratik Qüvvələrinin buraxıldığı elan olunub

ABŞ-də bayraqlar bir həftə yarıyadək endiriləcək

Sabah Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək

Fransanın vergi idarəsinə haker hücumu: yüzlərlə zərərçəkən dövlətə qarşı kollektiv iddia qaldırır

Salyanda ölümlə nəticələnən yol qəzası olub VİDEO

Salyanda ölümlə nəticələnən yol qəzası olub VİDEO

"Sabah" ilk dəfə Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB 10

Məşhur amerikalı müğənni Dolli Parton dünyasını dəyişib

Azərbaycan səfiri etimadnaməsini Sudanın Suveren Keçid Şurasının Sədrinə təqdim edib

Sabah ölkənin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr olacaq

Əbədi dostluq – Azərbaycan-Özbəkistan münasibətlərində yeni tarixi mərhələ

Ekspert: Gələcəkdə əsas təhlükə AI-nin özü deyil, insanların ondan necə istifadə etməsi olacaq

Qarabağın və Şərqi Zəngəzurun ilk beynəlxalq film festivalının açılışı olub VİDEO

Qarabağın və Şərqi Zəngəzurun ilk beynəlxalq film festivalının açılışı olub VİDEO

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan

Rusiya Federasiyasının Prezidenti Vladimir Putindən

Frank-Valter Ştaynmayer: Almaniyada birinci və ikinci dərəcəli vətəndaş yoxdur

Bu saata olan əsas xəbərlər

“Sabah” - “Hapoel” oyunu üçün start heyətlər bəlli olub

Qadınların zərifliyini və mənəvi zənginliyini əks etdirən sərgi – “Bir İnci” VİDEO

Qadınların zərifliyini və mənəvi zənginliyini əks etdirən sərgi – “Bir İnci” VİDEO

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə: nəticələr və prioritet istiqamətlər

Rusiyadan Ermənistana Azərbaycandan tranzitlə növbəti tədarük həyata keçirilib

Azərbaycan hərbçiləri üçün 4 aylıq ingilis dili kursu açılıb

Tramp Hörmüz boğazında bütün minaların məhv edildiyini açıqlayıb

Azərbaycanda mobil internetin sürəti 33,5 faizədək artıb

“Maarifçi” proqramının iştirakçıları Azərbaycanın xarici siyasətinin prioritetləri barədə məlumatlandırılıb

Tramp ABŞ-Cənubi Koreya birgə hərbi təlimlərinin azaldılmasına göstəriş verib

Bakı-Daşkənd-Ankara xətti Avrasiyada yeni geosiyasi tarazlığın əsas dayaqlarından birinə çevrilir ŞƏRH

Dələduzluqda ittiham olunan şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya edilib

Azərbaycan-Özbəkistan münasibətləri regional strateji maraqların vəhdətinə əsaslanır ŞƏRH

Peşə təmayüllü siniflər əmək bazarının gələcək kadrlarını yetişdirir

Naxçıvanda avqust ayı üzrə bütün növ sosial müavinətlər ödənilib

Qubada tələbələr üçün “GeoCamp” yay düşərgəsinin açılışı olub

Azərbaycan-Özbəkistan münasibətləri dövlətlərarası əməkdaşlıqdan ortaq inkişaf modelinə yüksəlir - ŞƏRH

Rəcəb Tayyib Ərdoğan: “Türkiyə Əsri”ni qurmağa başlamışıq

Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyini 15 medalla başa vurublar

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Meksika mətbuatı Azərbaycan Prezidentinin Özbəkistana səfərini işıqlandırıb

Sabirabad Sənaye Məhəlləsində istehsal 3 dəfədən çox artıb

Bakıda 66 yolötürücüsü və körpüyə baxış keçirilib

Vətəndaşların işğaldan azad edilmiş ərazilərə qayıdışla bağlı müraciətləri dinlənilib

Avropa çempionatı: Belçikanın voleybol millisi Rumıniyanı məğlub edib

Daşkəndlə tərəfdaşlıq Azərbaycanın digər regional bazarlarla əlaqələrində əlavə imkan yaradır ŞƏRH

Şirin Məlikova: Milli İncəsənət Muzeyinin Özbəkistanda Azərbaycan Mədəniyyəti Günlərində iştirakı bizim üçün xüsusi əhəmiyyət kəsb edən hadisə oldu

Bir il əvvəl qonaq kimi getdi, indi tələbə kimi qayıdır - Amal Mirzəyevin hekayəsi

Gəncədə əmək yarmarkası: 27 müəssisə, 168 vakansiya

Azərbaycan-Özbəkistan aqrar əməkdaşlığında yeni imkanlar yaranır – ŞƏRH

Xocavəndə qayıdan ailələr doğma yurdda yeni həyata başlayırlar

Mərkəzi Bank rəsmisi Daşkənddə süni intellektin maliyyə sektoruna təsirindən danışıb

Türk mütəxəssis: Azərbaycan-Özbəkistan ittifaqı Türk dünyasında yeni geosiyasi xətt formalaşdırır

® “Azercell” qadınları dəstəkləyən müsabiqə elan edir

Bakıda keçiriləcək beynəlxalq güləş yarışları üçün Azərbaycan yığmalarının heyəti açıqlanıb

Malik Mansurov: Azərbaycan və Özbəkistan musiqiçilərinin hər görüşü yeni bir məktəblə tanışlıq imkanı yaradır

Azərbaycanda xalça istehsalı 41 dəfədən çox artıb – QRAFİK

Sakit okeandakı Vanuatu adalarında vulkan püskürüb

“Sabah”ın oyunu ilə əlaqədar stadionun qarşısındakı mübadilə mərkəzinə avtobusların girişi məhdudlaşdırılıb

Oğuzda çiyələk istehsalı genişləndirilir - hədəf xarici bazarlardır

Hörmüzdən keçən gəmilərin sayı münaqişənin başlanğıcından bəri ən aşağı göstəriciyə düşüb

Zəfər parkında “Mütaliə və melodiya”: fəal gənclərə kitablar hədiyyə olunacaq

Məşhur futbolçular Portuqaliya klubunun səhmlərini satın alıblar

Səfir Rəhmatulla Nurimbetov Azərbaycan Prezidentinin Özbəkistana səfərinin yekunlarını şərh edib VİDEO

Səfir Rəhmatulla Nurimbetov Azərbaycan Prezidentinin Özbəkistana səfərinin yekunlarını şərh edib VİDEO

Azərbaycanda ipəkçiliyin və xalçaçılığın inkişafı, milli sənətkarlıq irsinin qorunması və təbliği üzrə əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Dənizkənarı Bulvar İdarəsi” və “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi” publik hüquqi şəxslərin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

2026-cı ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikasının Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 may tarixli 2665 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

DSMF: Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib

Britaniyanın dənizçilik şirkəti Azərbaycanda birgə müəssisə yaradıb

Azərbaycanla Pakistan arasında hərbi əlaqələr barədə fikir mübadiləsi aparılıb

® Mərkəzi Gömrük Hospitalının Əməliyyatxana, anesteziologiya və reanimasiya şöbəsində 24/7 rejimində tibbi xidmətlər göstərilir