Universitetdə rəssamın fərdi sərgisi açılmışdır
Naxçıvan, 18 may (AZƏRTAC). Naxçıvan Dövlət Universitetində İncəsənət fakültəsinin Təsviri incəsənət ixtisası üzrə IV kurs tələbəsi Pərviz Yəhyayevin fərdi rəsm sərgisi açılmışdır. 10 gün davam edəcək sərgidə rəssam-tələbənin təsviri sənətin müxtəlif janrlarında çəkdiyi əsərləri nümayiş olunacaqdır.
Sərginin açılışında çıxış edən ali təhsil ocağının rektoru, akademik İsa Həbibbəyli qeyd etmişdir ki, əsası Bəhruz Kəngərli ilə qoyulan Naxçıvan rəssamlıq məktəbinin bu gün davam etdirilməsi ilə yanaşı, onun sıraları daim yeni nəsil rəssamları ilə zənginləşməkdədir.
Xalq rəssamı, universitetin müəllimi Hüseynqulu Əliyev çıxışında ölkədə elmin, təhsilin, mədəniyyət və incəsənətin inkişafına göstərilən diqqətdən danışmışdır. Naxçıvan MR-in əməkdar rəssamı Cavid İsmayılov böyük sənətdə ilk addımlarını atan tələbə rəssama nailiyyətlər arzulamışdır.
Tədbir iştirakçıları sonra rəssamın əsərlərinin əks olunduğu videomateriala baxmışlar. Sərgidə üstünlük təşkil edən portret və peyzaj janrında çəkilən əsərlər düşündürücülüyü ilə buraya gələnlərin böyük marağına səbəb olmuşdur.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [18:00]
Bakıda Mərakeş İrsi Günləri keçiriləcək
- 09.09.2026 [17:29]
Elmira Axundova: Aleksandr Şarovski bütöv bir epoxa idi
- 09.09.2026 [16:05]
Xalq artisti Aleksandr Şarovski son mənzilə yola salınıb YENİLƏNİB
- 09.09.2026 [15:33]
Xurşidbanu Natəvan – qəlbinin səsini şeirə köçürən söz ustası
- 09.09.2026 [15:13]
Qırğız ədəbiyyatının dünyaşöhrətli siması - Çingiz Aytmatov
- 09.09.2026 [14:40]
Aleksandr Yakovleviç Şarovski
- 09.09.2026 [14:25]
Dilarə Əliyeva: Opera sənətinə böyük hörmətlə yanaşmaq borcumuzdur
- 09.09.2026 [14:00]
Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub
- 09.09.2026 [13:17]