Universitetdə YAP-ın yaranmasının ildönümü qeyd edilib
Bakı, 20 noyabr, AZƏRTAC
Noyabrın 20-də Azərbaycan Dillər Universitetində (ADU) Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 22-ci ildönümünə həsr olunmuş iclas keçirilib.
ADU-nun ictimaiyyətlə əlaqələr departamentindən AZƏRTAC-a bildiriblər ki, iclasda universitetin prorektoru, professor Ələddin Əliyev gündəlikdəki məsələlər barəsində məlumat verib.
YAP-ın yaranması tarixindən danışan prorektor bildirib ki. partiyanın təsis konfransı 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilib və ümummilli lider Heydər Əliyev YAP-ın sədri seçilib. Daha sonra partiyanın yerli təşkilatları yaranıb. Ə.Əliyev 1992-ci ildən ADU-da YAP-ın ilk təşkilatın yarandığını, partiyanın sıralarına qoşulanların ildən-ilə artdığını bildirib.
Universitetin elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov ümummilli lider Heydər Əliyevin gənclər siyasətindən, gənclərə göstərdiyi diqqət və qayğıdan söz açıb. Ulu Öndərin gənclərlə bağlı siyasətinin müasir gənclik üçün dəyərli töhfə olduğu vurğulanıb.
Daha sonra səsvermə keçirilib, pedaqoji fakültənin tələbəsi Nərgiz Məmmədova ADU YAP Gənclər Təşkilatının sədri seçilib.