URALDA BRUSELLYOZ EPİDEMİYASI TƏHLÜKƏSİ VAR
Bu ilin martında şəhərin Çkalov rayonunda Başqırdıstandan gətirilən və heç bir sənədi olmayan qoyun sürüsü aşkarlanmışdır. Onlarda brusellyoz xəstəliyi olub-olmadığını yoxlamaq məqsədi ilə sürüdən nümunə götürülmüş, lakin analizlərin nəticəsi məlum olanadək qoyunlar yoxa çıxmışdır. Bu yaxınlarda qəsəbələrin birində yenə də sənədsiz qoyun sürüsü tapılmış, lakin bu sürü də “itmişdir”.
Şəhər baytarlıq müfəttişliyindən bildirmişlər ki, qoyunlar, çox güman ki, kəsilmişdir və ətindən kabab çəkilmişdir.
Məsələ bundadır ki, brusellyozun əlamətlərini xəstəliyin son mərhələsində, artıq onun müalicəsi mümkün olmayan zaman aşkar etmək mümkündür. Baytar həkimləri Yekaterinburqun Daxili İşlər İdarəsinə itmiş sürünü axtarmaq xahişi ilə müraciət etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]