“Uşaq Avroviziya 2025” mahnı müsabiqəsində 18 ölkə iştirak edəcək
Bakı, 1 oktyabr, AZƏRTAC
Avropa Yayım Birliyi (EBU) və Gürcüstan Dövlət Yayımçısı (GPB) 23-cü “Junior Eurovision” (“Uşaq Avroviziya 2025”) mahnı müsabiqəsində iştirak edəcək 18 ölkəni təsdiqləyib. Müsabiqə bu il dekabrın 13-də Tbilisidə keçiriləcək.
Bu barədə AZƏRTAC-a İctimai Televiziya və Radio Yayımları Şirkətindən məlumat verilib.
Gənc ifaçılar (9–14 yaş) Albaniya, Ermənistan, Azərbaycan, Xorvatiya, Kipr, Fransa, Gürcüstan, İrlandiya, İtaliya, Malta, Monteneqro, Niderland, Şimali Makedoniya, Polşa, Portuqaliya, San Marino, İspaniya və Ukraynadan qatılacaqlar. Monteneqro və Xorvatiya uzun müddətdən sonra geri dönür, Azərbaycan isə 2021-ci ildən sonra yarışa qayıdır.
GPB müsabiqə üçün səhnə dizaynını da təqdim edib. Səhnə Gürcüstan mədəniyyətindən ilhamlanaraq ənənəvi Doli çalğı aləti və dağ mənzərələri ilə gənc ifaçıların dinamizmini əks etdirir. “United by Music” sloqanı builki vizual kimliyin əsasını təşkil edir.
“Uşaq Avroviziya 2025” mahnı müsabiqəsi Tbilisi Olimpiya Sarayında dekabrın 13-də saat 17:00-da canlı yayımlanacaq. Gürcüstan müsabiqənin ən uğurlu ölkəsi olub və indiyədək dörd dəfə qalib gəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2026 [21:00]
Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır
- 08.08.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 08.08.2026 [16:31]
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
- 08.08.2026 [11:52]
Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır
- 08.08.2026 [11:41]
FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO
- 08.08.2026 [11:11]
DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub
Bu saata olan əsas xəbərlər
- [20:00]
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
- [16:31]
Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb
- 07.08.2026 [23:54]
Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır
- 07.08.2026 [23:45]
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
- 07.08.2026 [22:46]
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
- 07.08.2026 [22:37]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [22:22]
Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var
- 07.08.2026 [21:42]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [21:20]
İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb
- 07.08.2026 [21:15]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [20:00]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [19:15]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [19:06]
Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar
- 07.08.2026 [18:05]