“UŞAQ QAYNAR XƏTTİNİN YARADILMASI VƏ FƏALİYYƏTİ PERSPEKTİVLƏRİ” MÖVZUSUNDA KONFRANS KEÇİRİLMİŞDİR
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Uşaq Qaynar Xətləri Beynəlxalq Təşkilatının və yerli QHT-lərin nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Elmira Süleymanova bütün ölkəni əhatə edəcək qaynar xətt xidmətinin yaradılmasının gələcəkdə uşaq hüquqlarının müdafiəsi və təmin edilməsində, bu sahədə həlli vacib problemlərin araşdırılmasında mühüm rol oynayacağını qeyd etmiş, baxımsız, zorakılığa məruz qalan, uşaq alveri qurbanı olan, o cümlədən köməyə ehtiyacı olan uşaqların problemləri ilə məşğul olan QHT-lər arasında dəqiq vəzifə bölgüsü aparılmasının zəruriliyini diqqətə çatdırmışdır.
Ombudsman qaynar xəttin səmərəli fəaliyyətinə nail olmaq üçün bölgələrdə əhali arasında hüquqi maarifləndirmə tədbirlərinin keçirilməsini, ictimaiyyətlə işə mühüm yer ayrılmasını təklif etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [14:02]
Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib
- 13.10.2026 [13:49]
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
- 13.10.2026 [13:44]
Laos Prezidenti Zəfər parkını ziyarət edib
- 13.10.2026 [12:31]
Prezident Thonqlun Sisulit: Azərbaycanın inkişafının şahidi oluram
- 13.10.2026 [11:59]