Azərbaycan Dövlət İnformasiya Agentliyi

Uşaqların erkən yaşlarda sosial şəbəkələrdən istifadə etməsi özünəinam problemlərini dərinləşdirə bilər - MÜSAHİBƏ

Uşaqların erkən yaşlarda sosial şəbəkələrdən istifadə etməsi özünəinam problemlərini dərinləşdirə bilər - MÜSAHİBƏ

Bakı, 9 iyun, AZƏRTAC

Azərbaycanda yetkinlik yaşına çatmayanların rəqəmsal mühitdə təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı təklif olunan qanun dəyişiklikləri ictimai müzakirələrin əsas mövzularından biridir. Mütəxəssislər hesab edirlər ki, uşaqların sosial şəbəkələrdən istifadəsi ilə bağlı qaydaların təkmilləşdirilməsi onların psixoloji sağlamlığının qorunması, rəqəmsal risklərin azaldılması və sağlam internet vərdişlərinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Sosial medianın uşaqların emosional vəziyyətinə, davranışlarına və özünüdərkinə təsiri, valideyn nəzarətinin rolu, eləcə də rəqəmsal asılılıq və kiberzorakılıqdan qorunma yolları barədə AZƏRTAC-ın suallarını psixoterapevt, klinik psixoloq İlkin Kazımlı cavablandırıb. Həmin müsahibəni təqdim edirik:

- İlkin müəllim, yaşı 16-dan az olan uşaqların sosial şəbəkələrdə hesab yaratmasının məhdudlaşdırılması onların psixoloji inkişafı baxımından hansı müsbət nəticələr verə bilər?

- Psixoterapevt olaraq hesab edirəm ki, yaşı 16-dan az olan uşaqların sosial şəbəkələrə çıxışının müəyyən şəkildə məhdudlaşdırılması onların psixoloji sağlamlığının qorunmasına müsbət təsir göstərə bilər. Çünki bu yaşlarda uşağın şəxsiyyəti, özünə münasibəti və emosiyalarını idarəetmə bacarığı hələ formalaşma mərhələsində olur.

Sosial media uşaqları çox erkən yaşlardan başqaları ilə müqayisə etməyə başlayır. Onlar gördükləri görüntülərin reallığı tam əks etdirmədiyini anlamadıqları üçün öz görünüşlərini, həyatlarını və uğurlarını başqalarının paylaşdıqları ilə müqayisə edirlər. Bu isə zamanla özünəinamın zəifləməsinə, natamamlıq hissinin yaranmasına və emosional gərginliyə səbəb ola bilər.

Digər tərəfdən, uşağın psixoloji inkişafı üçün ən vacib mühit real həyat münasibətləridir. Ailə ilə ünsiyyət, yaşıdlarla oyunlar, canlı sosial təcrübələr və məktəb mühiti sosial medianın verə bilməyəcəyi bacarıqları formalaşdırır. Məhdudiyyətlər uşağın inkişafının əsasən real həyat üzərində qurulmasına imkan yarada bilər.

- Sosial mediadan istifadənin uşaqların emosional vəziyyətinə, özünüdərkinə və davranışlarına təsiri ilə bağlı müşahidələriniz nələrdir?

- Son illərdə müraciət edən uşaq və yeniyetmələrdə sosial medianın təsirlərini daha aydın müşahidə edirik. Ən çox rast gəlinən problemlərdən biri özünüqiymətləndirmənin xarici təsdiqdən asılı hala gəlməsidir. Uşaq paylaşdığı şəklə neçə nəfərin baxdığına, neçə bəyənmə aldığına həddindən artıq önəm verməyə başlayır.

Bəzi hallarda sosial media uşaqlarda narahatlıq, özündən narazılıq, diqqət dağınıqlığı və emosional həssaslığın artmasına səbəb olur. Uşaq özünü olduğu kimi qəbul etmək əvəzinə, sosial şəbəkədə gördüyü obrazlara bənzəməyə çalışır. Xüsusilə yeniyetməlik dövründə bu müqayisələr özünəinam problemlərini daha da gücləndirə bilir.

Davranış baxımından isə səbirsizlik, ani nəticə gözləntisi, diqqətin tez yayınması və real ünsiyyətdən uzaqlaşma kimi hallarla qarşılaşırıq. Əlbəttə, sosial medianın faydalı tərəfləri də var, lakin erkən yaşlarda nəzarətsiz istifadə riskləri daha çox artırır.

- Qanun layihəsində nəzərdə tutulan valideyn nəzarəti mexanizmləri uşaqların rəqəmsal vərdişlərinin formalaşmasına necə təsir göstərə bilər?

- Valideyn nəzarəti uşaqların sağlam rəqəmsal vərdişlər formalaşdırması üçün vacib vasitələrdən biridir. Burada əsas məqsəd uşağı izləmək və ya cəzalandırmaq deyil, ona rəqəmsal dünyada təhlükəsiz davranmağı öyrətməkdir.

Fikrimcə, valideyn nəzarəti uşağın internetdən istifadə müddətinin tənzimlənməsinə, yaşına uyğun olmayan məzmunlardan qorunmasına və texnologiya ilə münasibətinin daha balanslı qurulmasına kömək edə bilər. Uşaq erkən yaşlardan ekranın həyatın mərkəzi deyil, sadəcə bir hissəsi olduğunu öyrənməlidir.

Lakin nəzarət təkcə texniki proqramlarla məhdudlaşmamalıdır. Ən effektiv nəzarət valideynlə uşaq arasında qurulan etibarlı münasibətdir. Uşaq internetdə qarşılaşdığı problemləri valideyninə rahat şəkildə danışa bilməlidir.

- Bəs, valideyn nəzarəti ilə uşağın şəxsi sərhədləri və müstəqilliyi arasında balans necə qorunmalıdır?

- Bu məsələdə ən vacib məqam nəzarətlə etibar arasındakı tarazlığı qorumaqdır. Uşaq özünü daim izlənilən və nəzarətdə saxlanılan biri kimi hiss etdikdə valideyndən uzaqlaşmağa başlaya bilər. Ona görə də valideyn nəzarəti şəffaf və açıq şəkildə həyata keçirilməlidir.

Valideyn uşağa hansı qaydaların niyə qoyulduğunu izah etməlidir. Uşaq başa düşməlidir ki, bu qaydalar onun azadlığını məhdudlaşdırmaq üçün deyil, təhlükəsizliyini qorumaq üçündür. Yaş artdıqca uşağa daha çox məsuliyyət və seçim imkanı verilməli, nəzarətin forması da dəyişməlidir.

Hesab edirəm ki, məqsəd uşağı tam nəzarətdə saxlamaq deyil, onun gələcəkdə özünü idarə edə bilən və təhlükələri tanıya bilən bir fərd kimi formalaşmasına kömək etməkdir.

- İlkin müəllim, uşaqların rəqəmsal asılılıq, kiberzorakılıq və zərərli məzmunlardan qorunması üçün hüquqi tədbirlərlə yanaşı, hansı psixoloji və maarifləndirici addımlar vacibdir?

- Təkcə hüquqi məhdudiyyətlər bu problemlərin qarşısını almaq üçün kifayət deyil. Paralel olaraq həm valideynlərin, həm müəllimlərin, həm də uşaqların maarifləndirilməsi vacibdir.

İlk növbədə uşaqlara rəqəmsal savadlılıq öyrədilməlidir. Onlar internetdə gördükləri hər məlumatın doğru olmadığını, şəxsi məlumatların paylaşılmasının risklərini və kiberzorakılığın nəticələrini bilməlidirlər.

Valideynlər də rəqəmsal dünya ilə bağlı məlumatlandırılmalıdırlar. Bir çox hallarda uşaqlar internetdə valideynlərindən daha fəal olurlar və valideynlər hansı risklərlə qarşılaşdıqlarını tam anlamırlar. Buna görə ailələr üçün maarifləndirici proqramlar və təlimlər əhəmiyyətlidir.

Bundan əlavə, uşaqların emosional dayanıqlılığının artırılması çox vacibdir. Özünəinamı yüksək, emosiyalarını ifadə edə bilən və ailəsi ilə sağlam münasibət quran uşaqlar rəqəmsal risklər qarşısında daha dayanıqlı olurlar. Fikrimcə, uşaqları yalnız texnologiyadan qorumaq deyil, onları texnologiya ilə sağlam münasibət qurmağa hazırlamaq əsas hədəf olmalıdır.

Müxbir – Pərvanə Qafarova

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib