Uşu üzrə “Dəmir yumruq-5” respublika turniri keçirilib
Bakı, 18 aprel, AZƏRTAC
Kürdəmir Olimpiya İdman Kompleksində uşu üzrə “Dəmir yumruq-5” respublika turniri keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışda “Savalan”, “Arktika-Abşeron”, “Məhəmmədi-Anar”, “Omar” komandaları, eləcə də bölgələrdən Gəncə, Şəki, Bərdə, Göyçay, İsmayıllı rayonlarından 150 yaxın idmançı öz qüvvəsini sınayıb.
Yekun nəticələrə görə, “Göyçay xan” klubu birinci, “Gəncə” ikinci, “Məhəmmədi-Anar” klubu isə üçüncü yerə layiq görülüblər.
Yarışın ən texnikalı idmançısı “Arktika” klubunun üzvü Tunar Rüstəmzadə seçilib.